Zelenskinin inauqurasiya tarixi məlum oldu

  • 16 May - 2019

Vladimir Zelenski 20 may tarixində Ukraynanın prezidenti olacaq.

Avropa.info xəbər verir ki, məhz bu gün onun inauqurasiya mərasimi təyin olunub. Qərar Ali Radada qəbul olunub. 

Daha əvvəl deputatlar pasxa-may bayramlarına görə, Zelenskinin inauqurasiyasını təxirə salmışdılar. Zelenski isə parlamenti hakimiyyəti ötürməkdə gecikdirməkdə ittiham etmişdi.

Səsvermə nəticəsində inauqurasiya Zelesnkinin tələb etdiyi vaxtdan 1 gün sonraya təyin olunub. 


Oxunma sayı: 231

Oxşar yazılar