“Ərdoğan bir şeyi etməyə qərar verdisə, edir” - Putin Türkiyə haqda

  • 16 May - 2019

Dünən ABŞ dövlət katibi Mayk Pompeonu Soçi şəhərində qəbul edən Rusiya prezidenti Putin Avxtriya prezidenti Aleksandr van der Beleni də qəbul edib.

Avropa.info xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Putin Türkiyəni nümunə göstərib. 

Avropalıların əməkdaşlıq məsələsində ləng tərpəndiyini qeyd edən Putin “Türklərlə işləmək avropalılarla müqayisədə daha asandır. Türkiyə prezidenti Ərdoğan bir şeyi etməyə qərar verdisə, edər. Avropa İttifaqı ölkələri neçə illərdir saqqız çeynəyirlər və heç nə etmirlər. 27 ölkənin eyni fikirdə olması təəssüfedicidir” deyib.

Putin Avropa İttifaqı ilə Rusiya arasında ticarət dövriyyəsinin 300 milyard avroya çatdığını və Aİ-nin Rusiyanın ən böyük ticarət ortağı olduğunu qeyd edib. Əməkdaşlığın sanksiyalar olmadan daha yaxşı ola biləcəyini qeyd edən Putin Aİ-nin qərar verməklə bağlı gecikmə problemlərinin olduğunu bildirib.


Oxunma sayı: 297

Oxşar yazılar