Azərbaycanda üçəm doğuldu – Heydər, İlham, Arif (Foto)

  • 16 May - 2019

Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəlib.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 10-da ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır.

Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub.

Üçəmlərə mərhum Prezident Heydər Əliyevin ad günündə dünyaya gəldiyi üçün ailə onlara Heydər, İlham və Arif adlarını verib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır.

Bu, ananın ikinci hamiləliyidir.


Oxunma sayı: 55

Oxşar yazılar