Çin “Wikipedia”ya tam qadağa qoydu

  • 15 May - 2019

Çin internet ensiklopediya “Wikipedia”ya ölkə ərazisində tam giriş qadağası qoyub. Qadağa digər dillərdəki bölmələri də əhatə edib.

Avropa.info xəbər verir ki, “Wikipedia” Çində qadağa olunan “Google”, “Facebook”, “LinkedIn”, “Twitter” kimi saytların siyahısına əlavə olunub. İnternet istifadəçiləri bu saytlardan istifadə etmək üçün VPN-dən istifadə edirlər.

Çin daha əvvəl “Wikipedia”nın çin dilli versiyasına qadağa qoymuşdu. 


Oxunma sayı: 55

Oxşar yazılar