“Azərbaycan hər zaman bizim yanımızdadır, buna şübhəmiz yoxdur” – Çavuşoğlu Azərbaycan və Kipr XİN rəhbərlərinin görüşü haqda

  • 15 May - 2019

“S-400 HHM sistemləri ilə bağlı hər hansı təxirə salma və ya təhvili dayandırmaq müzakirə mövzusu deyil.”

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

“Bitmiş müqavilənin təxirə salınması haqda niyə danışaq? Bu ön şərtlərlə razılıq əldə etmək mümkün deyil. Amerikada konstruktiv və yaxşı niyyətlidirsə, bu hal qiymətləndirilə bilər. Fikir mübadilə necə ola bilər deyə məlumatlandırırıq” – o, belə deyib.

Çavuşoğlu Azərbaycan və yunan Kiprinin xarici işlər nazirlərinin Brüsseldə görüşməsi ilə bağlı suala da cavab verib. O görüşdə qəbahət görmədiyini deyib.

O, beynəlxalq münasibətlərdə hər kəsin hər kəslə görüşdüyünü Azərbaycan xarici işlər nazirinin Ermənistan xarici işlər naziri ilə də işğal olunmuş torpaqlarla bağlı danışıqlar apardığını bildirib.

“Bəzən Kip məsələsində qeyri-rəsmi formada yunan lider Nikos Anastasiadis ilə mən də görüşürəm. Yenə AKEL-in (Kommunist partiyası) baş katibi Türkiyəyə gəldiyində görüşdük. Burada vacib olan Kipr məsələsində Azərbaycanın mövqeyidir. Azərbaycan hər zaman bizim yanımızda olub. Buna şübhəmiz yoxdur”.

Şərqi Aralıq dənizi ilə bağlı məsələ haqda danışan Çavuşoğlu Türkiyənin və Kipr türk xalqının haqqını sona qədər müdafiə edəcəklərini bildirib.


Oxunma sayı: 66

Oxşar yazılar