"Azərbaycanın tutduğu bu mövqe ölkəmizi sevməyən qüvvələri narahat edir" – Deputat

  • 15 May - 2019

“Azərbaycan beynəlxalq arenada uğurar əldə edib, mövqeyini möhkəmlətməsi ölkəmizi sevməyən qüvvələri narahat edir və onlar da əks təbliğat maşınını işə salırlar. Bu anti-Azərbaycan qüvvələr bir çox hallarda “sapı özümüzdən olan qüvvələrdən” istifadə edirlər”. 

Bunu Avropa.info-ya açıqlamasında deputat Rüstəm Xəlilov deyib. 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən yubiley toplantısına qatılıb və orada bir sıra uğurlu görüşlər keçirir:

“Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi bu görüşlər milli maraqlarımızın təmin olunması baxımından mühüm əhəmiyyətə malik olan görüşlər olub. Görüşlərdə Aİ-Azərbaycan əlaəqlərinin perspektiv inkişafları, nəzərdə tutulan sazişin detalları və bu zaman Azərbaycan maraqlarının təmin olunması, Azərbaycanın Avropa ailəsinə inteqrasiya yolları müzakirə edilib. Azərbaycan Aİ əlaqələrinin və imzalanacaq saziş tərəflər arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq. Nəticədə bundan həm Azərbaycan, həm də Aİ faydalanacaq. Belə bir mümüm sazişin imzalanması təbii ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və daha da inkiaşf etməsinə öz töhfəsini verəcək. Burada qeyd olunacaq digər əsas məqam isə ondan ibarətdir ki, keçirilən görüşlərdə Azərbaycanın ən aktual problem olan Qarabağ məsələsi müzakirə olunub. Prezident bu görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu bir daha diqqətə çatdırıb”. 

O deyib ki, ümumiyyətlə ərazi bütövlüyü məsələsi Azərbaycan üçün önəmli məsələdir: “Prezident İlham Əliyev Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşündə də birmənalı şəkildə bəyan edib ki, bu qurumla əməkdaşlıq məsələsində ana xətt Azərbaycanın ərazi bütövlüyünün tanınması, işğalçı Ermənistana layiq olduğu münasibətin sərgilənməsindən keçir. Azərbaycanın suverenliyi, ərazi bütovlüyü və ümumiyyətlə Helsinki Yekun Aktının prinsipləri ilə uzlaşmayan hər hansı bir sənədin tərəfimizdən qəbul olunması qeyri mümkündür”. 

Deputat əlavə edib ki, əgər belə olmasaydı “Şərq tərəfdaşlığı”nın 10 illik yubleyinə həsr olunmuş toplantının yekununda imzalanan sənədə, ərazi bütövlüyü pozulan Gürcüstan və Ukrayna kimi Azərbaycanda göz yumardı: “Amma tam əksinin şahidi olduq. Azərbaycanın qətiyyətli və prinspial mövqeyi nəticəsində bu sənəd qəbul edilmədi. Bununla Azərbaycan “Şərq tərəfdaşlığı”na üzv ölkələrin də maraqlarını qorumuş oldu”. 

R.Xəlilov bildirib ki, Azərbaycanın tutduğu bu mövqe təbii ki, ölkəmizi sevməyən qüvvələri narahat edir: “Bu qüvvələr hər zaman olduğu kimi bu dəfə də öz çirkin planlarını həyata keçirməyə cəhd edib. Onlar bu dəfə də “sarı özümüzdən olan baltalardan” “faydalanıblar”. Lakin onların bu cəhdlər hər zaman boşa çıxdığı kimi bu dəfə də boşa çıxdı. 3-5 nəfəri ortaya ataraq görülən bu işlərə kölgə saxlamq cəhdi boşa çıxdı. Təbii ki, belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir. Bunlar anti-Azərbaycan dairələrindən aldıqları qrantların müqabilində xaricdə diasporamızın və ölkəmizə bağlı qurumların erməni işğalına son qoymaq üçün gördükləri işləri bu cür yollarla zəiflətməyə çalışırlar. Onlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə çıxarıblar. Əgər belə olmasaydı, xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət kəsb edən sammitdə Azərbaycanın mövqelərini zəiflətmək, eləcə də Avropa İttifaqı ilə bağlanacaq əməkdaşlıq sazişi öncəsi bu cür xəyanətkarlıq etməzdilər. Ancaq onlar öz arzularına çata bilməyəcək. Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olacaq. Onsuz da biz belə hallara alışmışıq. Bu da ötüb keçəcək. Azərbaycan Prezident İlham Əliyevin simasına daha böyük uğurlara imza atacaq”. 

Avropa.info


Oxunma sayı: 242

Oxşar yazılar