Aeroport yolunda sərnişin avtobusu kranla toqquşdu – Foto

  • 15 May - 2019

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un məlumatına görə, hadisə aeroport yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 171 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub.

Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 


Oxunma sayı: 220

Oxşar yazılar