Putin Pompeonu görüş üçün düz üç saat gözlədib

  • 15 May - 2019

Rusiya və ABŞ arasında gərginliyi azaltmaq üçün dünən Rusiyaya səfər edən ABŞ dövlət katibi Rusiya prezidenti Putinlə görüş üçün üç saat gözlədilib.

Avropa.info xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” qəzeti yazıb. Qəzet Pompeonu Soçidə Putinin gözlədiyi müddətdə Putin Həştərxan vilayətinin Ahtubinsk şəhərində hərbi təyinatlı obyektləri ziyarət edib. Putinin bu şəhərə uçuşunu beşinci nəsil Su-57 təyyarələri müşayiət edib.

Putinin olmadığı müddətdə Pompeo ilə Rusiya xarici işlər naziri Sergey Lavrov məşğul olub. Peskov gecikmənin niyyəti ilə bağlı suallara Putinin cavab vermək istəmədiyini bildirib. 

“Moskovski Komsomolets” ABŞ prezidenti Donald Trampın daha əvvəl Rusiya tərəfi ilə görüşü vaxtında təşkil etmək üçün digər görüşləri ləğv etdiyini nəzərə çatdırıb.


Oxşar yazılar