Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü bu şəhərdə keçiriləcək

  • 15 May - 2019

Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün Vaşinqtonda keçirilməsi gözlənilir, lakin qəbul edən tərəfi qabaqlayaraq nə isə demək düzgün olmazdı.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan çıxış edib.

O, tərəflərin görüşün yeni raundunun dəqiqləşdiməsi üçün bir az gözləməyi təklif edib. Erməni nazirin sözlərinə görə, qəbul edən tərəf danışıqlar tərəflərinin müzakirəsi və vaxtla bağlı razılıq verməsi üçün görüşün necə, hansı uyğun vaxtda təşkil olunması barədə özü danışmalıdır.

“Prinsipial olaraq heç bir problemimiz yoxdur” – o, belə deyib.

Elmar Məmmədyarovun Qarabağ separatçılarının danışıqlarda iştirakına qəti qarşı olması ilə bağlı bəyanatını şərh edən Mnatsakanyan Ermənistanın “DQR”in danışıqla masasına qayıtmasında israr etdiyini bildirib.

“Biz dəfələrlə bu məsələyə toxunmuşuq. Təkrar edirəm, ciddi praktiki məsələdir, bu prosesdə “DQR”in iştirakına imkan verilməsə, prosesin effektivliyi ciddi şəkildə azalır. Bizim yanaşmamız praktiki və məntiqidir”.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında son görüş 29 martda Vyanada baş tutmuşdu.


Oxunma sayı: 77

Oxşar yazılar