Türkiyədə işsizlik rekord vurdu

  • 15 May - 2019

Türkiyə Statistika Təşkilatının məlumatına görə, 2019-cu ilin fevral ayında qeydə alınan işsiz sayı keçən ilin eyni dövrünə görə 1 milyon 376 min artaraq 4 milyon 730 min nəfər olub.

Avropa.info xəbər verir ki, işsizlik nisbəti keçən il ilə müqayisədə 4,1 punkt ataraq 14,7 punkt olub.

15-24 yaş arası işsizlik nisbəti keçən il ilə müqayisədə 7,1 punktluq artımla 26,1% olub. 

Real iş yerini itirənlərin sayı isə 2019-cu ilin fevralında bir il əvvələ görə, 811 min nəfər azalaraq 27 milyon 355 min nəfər olub. Kənd təsərrüfatında işləyənlərin sayı 296 min, kənd təsərrüfatı xaricində işləyənlərin sayı isə 514 min olub.

Türkiyənin iş qüvvəsi potensialı isə keçən ilin fevralına nisbətdə 564 min nəfər artaraq 32 milyon 84 min nəfər olub.


Oxşar yazılar