İran nüvə müqaviləsini dayandırdığını bəyan etdi

  • 15 May - 2019

15 maydan etibarən İran rəsmi olaraq nüvə müqaviləsi ilə bağlı öhdəliklərini yerinə yetirməyi dayandırır.

Avropa.info xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi məlumat verib. Rəsmi Tehranın hansı addımlar atacağı dəqiqləşdirilməyib.

Mənbə İranın nüvənin zənginləşdirilməsi və Arakda ağır suyun istehsalı ilə bağlı fəaliyyətinin bərpasına hazırlaşdığını bildirib. İran müqavilənin bu hissəsini yalnız o halda ləğv edəcək ki, müqavilə tərəfləri ABŞ sanksiyalarından dəyən ziyanı kompensasiya etmək üçün konkret addımlar atmayacaqlar.

İran 8 maydan etibarən 60 günlük müddət verərək almaniya, Böyük Britaniya, Çin və Rusiyaya məktub göndərib. 


Oxunma sayı: 33

Oxşar yazılar