Təhsil eksperti "beyin axını"nın törətdiyi təhlükələrdən yazdı

  • 15 May - 2019

“Beyin axını” kiçik ölkələri pis vəziyyətə salıb. Azərbaycanı xeyli sayda elm adamı tərk edib. Ölkə əsl alim üzünə həsrət qalıb.

Avropa.info xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev deyib. Ekspert qeyd edib ki, ölkəni tərk edən tanınmış alimlərin əksəriyyəti sanki nədənsə küsüb:

“Onların kənarda uğurlarını görəndə istər-istəməz beynimizdən belə bir sual keçir: onlar burda olsaydılar, daha yaxşı olmazdımı? Təbiət elmlərinin tanınmış alimlərinin yeri daha çox görünür. Yeni nəsil fizik, riyaziyyatçı, kimyaçı, İKT mütəxəssisləri yetişdirmək olduqca vacibdir. İnsan kapitalından danışırıq: Bu paradiqmanın tutumunu humanitar elmlər təşkil etmir. Ölkəni tərk edən tanınmış fizik və riyaziyyatçılar elə bil ki, nədənsə küsüblər. Onlar ildə bir neçə dəfə gəlib universitetlərimizdə kurslar aparsalar, tələbələrlə görüşsələr, çox faydalı ola bilər. Ancaq onların belə fəaliyyətini görmürük. Bəlkə özlərinə sığışdırmırlar bunu! Elm adamı umu-küsünü unutmalıdır”.

E.Əliyev bildirib ki, ölkəni tərk edən alimlər buradakı əməkhaqqı və universitetlərdəki mühiti bəhanə gətirilə bilərlər:

“Ancaq burada tələbənin və şagirdin heç bir günahı yoxdur. ABŞ, Çin, Hindistan kimi ölkələrə beyin axınının təsiri hiss olunmur. Ancaq bizdə artıq bu aclıq forması kimi özünü büruzə verir”.


Oxunma sayı: 418

Oxşar yazılar