““Paytaxt Əbdülhəmid” serialı bu ölkələrdə qadağan olunub

  • 14 May - 2019

TRT-də efirə gedən “Paytaxt Əbdülhəmid” serialında Tahsin Paşa rolunu ifa edən aktyor Bahadır Yenişəhərlioğlu serialın tarixi həqiqətləri əks etdirməsindən narahat olan bəzi ölkələrin, hətta Türkiyədəki bəzi siyasi partiya və köşə yazarlarının da serialın efirdən yığışdırılmasını tələb etdiyini deyib.

Avropa.info xəbər verir ki, aktyorlar Bahadır Yenişəhərlioğlu və Emanuel Karasu rolunu oynayan Əli Nuri Türkoğlu Ramazan ayı tədbirləri çərçivəsində İstanbulun Əsənlər bələdiyyəsində pərəstişkarları ilə görüşüb.

“Bir çox ölkənin qadağan etməsinə baxmayaraq, serial 67 ölkədə izlənilir. Təəssüf ki, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin bir çoxu bu seriala qadağa qoyublar. Avropa İttifaqının hesabatçıları serialın efirdən yığışdırılması, Türkiyəyə təzyiqlər etmək üçün hesabat hazırlayırlar. Amerikanın ən vacib köşə yazarları bu serialı faşist mövqeli sayaraq efirdən yığışdırılmasını istəyirlər. Siyasət aparmıram, amma Türkiyədəki siyasi partiya “Əbdülhəmid” serialının yığışdırılması üçün təklif verir. Türkiyədəki məlum köşə yazarları köşə yazılarında serialın dayandırılması üçün yazılar yazırlar. Burada onlara demək istəyirəm ki, çox doğru iş görürsünüz” - Bahadır Yenişəhərlioğlu belə deyib.

Əli Nuri Türkoğlu “Diriliş: Ərtoğrul” və “Paytaxt Əbdülhəmid”  kimi serialların insanların özünə inamını yenidən bərpa etdiyini, deyib.


Oxunma sayı: 121

Oxşar yazılar