FETÖ-nün "MİT əməliyyatı" deşifrə oldu – Ərdoğanın narkoz altında ikən həbs etmək istəyiblər

  • 14 May - 2019

İstanbul Baş Prokurorluğunun apardığı istintaq işi çərçivəsində 2012-ci ilin 7 fevralında FETÖ-nün dövlət vəzifəsi tutan üzvlərinin MİT rəisi Hakan Fidana və 4 MİT əməkdaşına zəng edərək ifadə verməyə çağırdığı üzə çıxıb.

Avropa.info xəbər verir ki, MİT rəsmilərinin istintaqa çağırılma vaxtı o dövrün Türkiyə baş naziri vəzifəsini tutan Rəcəb Tayyib Ərdoğanın əməliyyata girmə vaxtı ilə üst-üstə düşməli imiş. Amma Ərdoğanın əməliyyata gec girməsi ilə oyun pozulub.

İddianamədə Hakan Fidanın həbs olunması üçün səy göstərildiyi, həbsdən sonra Ərdoğanın narkoz altında ikən həbsinin planlandığı, istintaqın əslində FETÖ-nün Türkiyə hökumətini devirməyə cəhd təşəbbüsü olduğu müəyyən edilib. 

İstintaq çərçivəsində hazırlanan iddianamədə 7 fevral hadisənin baş verdiyi dövrdə İstanbul Polisi Şöbə müdiri işləmiş Yunis Doların ifadəsi yer alıb. Sabiq polis müdiri MİT sədrinin istintaqa çağırıldıqdan sonra narahatlıq keçirdiyindən danışıb.

İddainamədə Doların keçmişdən tanıdığı, “Zaman” qəzetində kriminal xəbərlər üzrə jurnalist işləmiş, daha sonra FOX TV-də işləyən şəbəkə üzvü Ərcan Günə vəziyyətlə bağlı sual verdiyi öz əksini tapıb. O, MİT sədrinin istintaqa çağırılması qərarının Fətullah Gülənin də daxil olduğu 12 nəfərlik müzakirə heyətində təsdiq olunduqdan sonra Gülənin təlimatı ilə həyata keçirildiyini, müzakirə zamanı 3 nəfərin qərara qarşı olduğunu, 9 nəfərin isə bu fikrin lehinə səs verdiyini bildirib.

Dolar Ərcanın Gün ilə aralarında baş tutan söhbətdən sonra vəziyyəti öyrənmək məqsədilə o dövrdə FETÖ-nün “Marmara polis imamı” olan “Arif” kod adlı şəxs ilə görüşdüyünü və bu söhbətin məzmununu danışdığı təsdiqlənib. 

Türkiyə hökumətini devirmək niyyətli təşəbbüs və terror təşkilatının verdiyi təlimatlar haqda kifayət qədər məlumata sahib olduğu qeyd edilən Ərcan Gün barəsində 7,5 ildən 15 ilədək həbs istənilir.


Oxşar yazılar