Sabiq polis polkovnikinə hökm oxundu

  • 14 May - 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə verməkdə təqsirləndirilən sabiq polis əməkdaşı, polkovnik Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Avropa.info Report-a istinadənxəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi 293-1-ci maddəyə tövsif edilib. Həmin maddənin sanksiyası çərçivəsində müddət başa çatdığı üçün Ə.Ağamaliyevə cəza təyin edilməyib.

Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.

Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyib.


Oxunma sayı: 286

Oxşar yazılar