Azərbaycanda tanınmış mütəxəssis dünyasını dəyişib

  • 14 May - 2019

Azərbaycan quşçuluq sənayesinin tanınmış mütəxəssisi Ərəstun Abbasov dünyasını dəyişib. 

Avropa.info xəbər verir ki, Ərəstun Abbasovun ölümünə səbəb ürək tutması olub. 

Ölkənin quşçuluq sahəsi üzrə mütəxəssisi əmək fəaliyyətinə Biləsuvar rayonunun "Oktyabr" kolxozunda baytar həkim kimi başlaylb. Sonradan rayonun quşçuluq fabrikinin baş baytar həkimi, Cəlilabad quşçuluq fabrikinin direktor müavini, Dəvəçi rayon quşçuluq fabrikinin direktoru, Siyəzən rayon quşçuluq fabrikinin baş direktoru, Prezident Aparatında şimal zonası üzrə dövlət müşaviri vəzifələrində çalışıb. 

Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan Quşçuluq Sənayesi Şirkətinin prezidenti təyin edilib. Struktur islahatları çərçivəsində şirkət ləğv edilənədək, 5 il bu vəzifədə fəaliyyət göstərib. Ondan sonra da sahəsinin peşəkarı kimi müxtəlif fabriklərdə direktor, direktor məsləhətçisi kimi quşçuluq sənayesinin inkişafında böyük xidmətlər göstərib. 

Xatırladaq ki, Ərəstun Vəlican oğlu Abbasov 1949-cu il noyabrın 13-də Biləsuvarda dünyaya gəlib. Bu gün mərhumun üç mərasimidir. 

Ərəstun Abbasov rayonda xeyriyyəçi kimi də tanınırdı. Evli idi. Üç övladı var.


Oxunma sayı: 583

Oxşar yazılar