Bakıda su borusu partladı - Mərkəzi küçəni su basdı, tıxac var (Foto)

  • 14 May - 2019

Bakıda su borusunun partlaması nəticəsində mərkəzi küçələrdən birini su basıb.

Hadisə Rəşid Behbudov küçəsində baş verib.

Avropa.info bildirir ki, "Azərsu" ASC-dən Trend-ə bildirilib ki, adıçəkilən küçədə 500 mm-lik su borusu partlayıb:

"Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır".

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Svetoforlarda yaşıl dalğa tətbiq edilib.

Qeyd edək ki, hadisə ilə bağlı ətraf ərazilərə suyun verilişində fasilə yaranıb. Borudakı nasazlıq aradan qaldırıdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Bakıda su borusu partladı - Mərkəzi küçəni su basdı, tıxac var - FOTO

Oxşar yazılar