Gürcüstandan qanunsuz gətirilən mobil telefonlar və siqaretlər aşkarlandı

  • 14 May - 2019

Gömrükçülər mobil telefonlar və siqaretlər aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz C 240" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxa hissəsində xüsusi düzəldilmiş saxlanc yerindən bir ədəd "Samsung Galaxy A9", bir ədəd "Samsung Galaxy A6+" markalı mobil telefon və 800 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Oxşar yazılar