BƏƏ limanında neft tankerlərini kim partladıb? – ABŞ İranı, İran İsraili ittiham edir

  • 14 May - 2019

BƏƏ-nin Əl-Füceyrə əmirliyi limanında baş verən ard-arda partlayışda İranın əli ola bilər.

Avropa.info xəbər verir ki, hadisə yerinə gedən amerikalı hərbi ekspertlər bu fikrə gəliblər. İstintaq nəticəsində onlar İranın neft tankerlərinin hücum təşkil etmək üçün partlayıcı vasitədən istifadə etdiyini deyib.

Partlayış nəticəsində Norveç bayrağı altında üzən iki səudiyyə tankeri Şarjadan olan tanker xəsarət alıb. Lakin ekspertlər İranın hadisə ilə əlaqəsini göstərən sübutlar təqdim etməyiblər.

İran parlamenti sədrlik şurasının mətbuat katibi Bəhruz Nemət Əl-Füceyrə limanında 4 gəmiyə qarşı baş verən sabotajda İsraili ittiham edib.

“Parlamentin qapalı iclası zamanı müzakirə olunan mövzulardan biri BƏƏ-yə qarşı edilən sabotaj olub. Bu işin içində İsrailin ola biləcəyi düşünülür” – Neməti belə deyib.

İran XİN mətbuat katibi Abbas Musəvi sabotaj hadisəsini narahatedici hal kimi qiymətləndirib:

“Regional stabillik və təhlükəsizliyi zəiflətməyə yönəlmiş pis niyyətli xarici faktorların oyunlarına qarşı sayıq olmaq lazımdır”.


Oxşar yazılar