“ABŞ-ın İrana təzyiqləri işə yaramayacaq” – Putin

  • 14 May - 2019

ABŞ-ın İrana təzyiqləri nəticə verməyəcək.

Avropa.info xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov prezident Putinin mövqeyini açıqlarkən deyib. 

“Prezident Putin dəfələrlə maksimal şəkildə təzyiq siyasətinin başa düşmədiyini deyib. Bu heç vaxt nəticə gətirmir, nizamlama prosesi dalana dirənib və tərəflərin anlaşmasına imkan yaratmır” – dövlət katibi belə deyib.

Peskov Rusiya və Avropa ölkələrinin İranın nüvə proqramı ilə bağlı müqavilənin saxlanılmasının vacibliyini qeyd edib.


Oxunma sayı: 77

Oxşar yazılar