“Nyu-York Tayms”: ABŞ Yaxın Şərqə 120 min hərbçi göndərəcək

  • 14 May - 2019

ABŞ-İran arasında artan siyasi gərginliyin fonunda Vaşinqton Yaxın Şərqə 120 min hərbçi göndərməyi planlayır.

Avropa.info xəbər verir ki, bu iddia ilə “Nyu-York Tayms” qəzeti çıxış edib. Qəzetin xəbərinə görə, Pentaqon İrana qarşı tətbiq olunacaq hərbi hərəkat planının detallarını Ağ Evə təqdim edib.

Plana görə, ABŞ Yaxın Şərqə 120 min hərbçi göndərəcək. Bu rəqəm ABŞ-ın 2003-cü ildə İraqı işğal etdiyi zaman regionda sahib olduğu hərbçi sayına yaxın rəqəmdir.

Regiondakı hərbçilərin əsas vəzifəsi regiondakı obyektləri mühafizə etmək və İranın nüvə fəaliyyətinə mane olmaqdır.

Dünən Ağ Evdə “İranda rejim dəyişəcəkmi?” sualına ABŞ prezidenti Donald Tramp “İranda nələrin baş verəcəyini hamımız birlikdə görəcəyik” cavabı vermişdi.

ABŞ-ın bu planı həyata keçirməsi halında İranla müharibə riski ciddi şəkildə artır. 


Oxşar yazılar