“Türkiyə belə davam edərsə, sanskiyalarla üzləşə bilər” – Yunanıstan baş naziri

  • 14 May - 2019

Türkiyə şərqi Aralıq dənizində təbii qaz axtarışına davam edəcəyi halda sanksiyalarla üzləşə bilər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Yunanıstan baş naziri Aleksis Çipras çıxış edib.

“Əgər bu strategiya davam edərsə, maliyyə tədbirləri və sanksiyalar ola bilər. Bu fəaliyyətləri aparmaq yerinə Türkiyə beynəlxalq hüquqa və müqaviləlilərə hörmət etməli, dialoqa başlamalıdır” – Çipras deyib.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinin də “Euronews”a verdiyi müsahibədə Türkiyənin yunan Kiprinin suverenitetinə hörmət etməyə çağırmışdı.

Xatırladaq ki, Türkiyə rəsmiləri may ayında qazıntı işinə başlayacaqlarını, işin sentyabr ayınadək davam edəcəyini açıqlamışdılar.


Oxunma sayı: 33

Oxşar yazılar