"Jurnalistlərin yeni binası gələn il istifadəyə veriləcək” - Vüqar Səfərli

  • 14 May - 2019

"Jurnalistlərin binasında tikinti davam edir. 2020-ci ilin Mətbuat Günündə binanın açılışı olacaq".  

Bu barədə Azvision.az -a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli deyib. Onun sözlərinə görə, binanın hansı kriteriyalar əsasında jurnalistlərə veriləcəyi gələn ilin aprel-may aylarında elan olunacaq.   

V.Səfərlin qeyd edib ki, jurnalistlər üçün bina tikintisinin davamlı olub-olmayacağı barədə məlumatsızdır: "Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Əgər məsləhət bilinsə, tikinti olacaq. Lakin həmin ərazidə yer qalmayıb". 


Oxşar yazılar