Ərdoğan İdliblə bağlı Putinə zəng etdi

  • 14 May - 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon görüşü olub.

Avropa.info xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı İdlubdə baş verən son proseslər də müzakirə olunub. Ərdoğan telefon söhbətində Əsəd rejiminin iki həftədir İdlib atəşkəs zonasında baş verən pozuntuların narahatedici səviyyəyə çatdığını qeyd edərək mülki vətəndaşlarla yanaşı məktəb və xəstəxanaların vurulmasının terrorla mübarizə çərçivəsinə daxil oluna bilməyəcəyini qeyd edib.

Ərdoğan rejimin məqsədinin İdlibdə türk-rus əməkdaşlığını sabotaj etmək və Astana ruhunu zədələmək olduğunu bildirib. Ərdoğan İdlib münaqişəsinin artmasının Konstitusiya Komitəsinin və siyasi prosesin pozulması riski daşıdığını da qeyd edib.

Görüş zamanı hər iki lider Soçi razılamasına sadiq olduqlarını bildiriblər. 


Oxşar yazılar