Tramp Ağ Evdə iftar yeməyi verdi

  • 14 May - 2019

ABŞ prezidenti Donald Tramp Ağ Evdə iftar yeməyi verib.

Avropa.info xəbər verir ki, iftarda müsəlman dövlətlərin Vaşinqtonda səlahiyyətli diplomatik nümayəndələri iştirak edib. İftardan əvvəl çıxış edən Tramp Ramazan ayının bütün müsəlmanlar üçün vacib və birləşdirici dəyər olduğunu qeyd edib.

“Bütün dünya müsəlmanlarının Ramazan ayını qeyd etdiyi bu zaman çərçivəsində Ağ Evdə bu iftar yeməyinə ev sahibliyi etmək mənim üçün şərəfdir” – Tramp belə deyib.

Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan Tramp prezidentliyinin ilk ilində əvvəlki ABŞ dövlət başçılarından fərqli olaraq iftar süfrəsi verməmişdi. Tramp dövründə ilk iftar yeməyi keçən il verilmişdi.


Oxşar yazılar