Yol polisi BNA sədrinə cərimə yazıb? – Açıqlama

  • 14 May - 2019

Bəzi kütləvi informasiya vasitələrində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Bu barədə Avropa.info-ya danışan Bakı şəhər BPİ  DYPİ-nin bölmə rəisi,   polis polkovniki Vaqif Əsədov deyib ki, Vüsal Kərimlinin "BMW" model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılması, avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. 

"Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edilir ki, həqiqətə uyğun olmayan halların gələcəkdə təkrarlanmaması məqsədilə müvafiq məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər", - deyə o qeyd edib.


Oxşar yazılar