Türkiyənin başına 600 min qoyduğu terrorçu məhv edildi

  • 13 May - 2019

Türkiyənin Tunceli bölgəsində təhlükəsizlik qüvvələrinin apardığı əməliyyat zamanı 4 terrorçu zərərsizləşdirilib.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, zərərsizləşdirilən terrorçulardan biri Türkiyə təhlükəsizlik qüvvələrinin uzun müddətdir qara siyahısında olub. Zərərsizləşdirilən terrorçu "Şilan Siirt" ləqəbli Zilan Tek olub. Onun başına 600 min türk lirəsi (təxminən 167 min AZN) qoyulmuşdu.

Bölgədə əməliyyatın davam etdiyi bildirilib.


Oxşar yazılar