Aİ Şurası: "Şərq Tərəfdaşlığı" səmərəli, dinamik, məqsədəmüvafiq proqram olduğunu sübuta yetirib

  • 13 May - 2019

Avropa İttifaqı ilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasındakı Brüsseldə 10 illiyi qeyd olunan "Şərq Tərəfdaşlığı" proqramı səmərəli və effektlidir.

Bu barədə Avropa İttifaqıölkələrinin və "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan altı 6 ölkənin xarici işlər nazirlərinin iclasının yekunlarına dair Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunur.

“Ötən illər ərzində "Şərq Tərəfdaşlığı" səmərəli, çevik, dinamik, məqsədəmüvafiq proqram olduğunu sübuta yetirib. Bu proqram inkişafa və yeni təhlükələrə çarə tapmağa, sabitliyə, dayanıqlı inkişafa, bununla da qarşılıqlı faydalı münasibətlərimizin gücləndirilməsinə xidmət edib”, - deyilən sənəddə həmçinin proqram iştirakçı ölkələrində islahatların daim gündəmdə olmasının vacibliyi qeyd olunur.

“Qarşıdan yeni-yeni təhlükələr gəlir. Qarşılıqlı fəaliyyəti müsbət məcrada davam etdirmək, proqramın dəyər və prinsiplərinə hörmət etməklə ona daha çox uğur qazandırmaq üçün islahatların, razılaşdırılan öhdəliklərin həyata keçirilməsi qarşıdakı illər ərzində də diqqət mərkəzində qalmalıdır”, - bəyanatda vurğulanır.


Oxunma sayı: 429

Oxşar yazılar