PKK terror təşkilatından Əkrəm İmamoğluna daha bir dəstək açıqlaması : "Birlikdə AKP-MHP faşizminə həm "Kürdüstanda", həm Türkiyədə böyük zərbə vurduq" (VİDEO)

  • 13 May - 2019

PKK terror təşkilatının həmsədri əsl adı Hülya Oran, kod adı Bese Hozat olan şəxsin CHP-dən İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğluya verdiyi dəstəkdən sonra daha bir PKK liderindən dəstək gəlib.

Avropa.info xəbər verir ki, PKK terror təşkilatının siyasi şurasının üzvü Duran Kalkan  bəyanat verib.

Duran Kalkan Əkrəm İmamoğlunu təbrik edib. Terrorçu həmçinin AK Partiya MHP ittifaqına qarşı yeni bir cəbhə açdıqlarını və bu cəbhəyə CHP və İyi partiyanın daxil olduğu "Millət İttifaqı"nın da daxil olmasına işarə edib. 

“Əməyi olan hər kəsi salamlayıram, uğurlarının davamını arzu edirəm. Hər gün müharibədəyik. AKP-MHP bloku 31 martda uduzub. Yeni idarəetmə lazımdır. İmamoğlu yeni idarəetmə istəməlidir. Bu düşüncəni cəmiyyətə yaymalıdır. Qarşıdakı proseslər faşist siyasətin daha çox geriyə atıldığı və buna qarşı demokratik hərəkatın "Azad Kürdüstan" və demokratik Türkiyə həllinin getdikcə inkişaf etdiyi proses olacaq"- Terrorçu Duran Kalkan belə deyib.

Əkrəm İmamaoğlu PKK liderlərinin bəyanatı ilə bağlı hələ açıqlama verməyib.


Oxunma sayı: 44

Oxşar yazılar