Şəmkirdə 24 yaşlı qızı bıçaqlayan şəxs saxlanıldı

  • 15:47 - 13 May

Şəmkir rayonunda 24 yaşlı qızı bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Avropa.info-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü qıza bıçaqla xəsarət yetirən 1995-ci il təvəllüdlü Rövşən Abbasov saxlanılıb.

Hadisəyə şəxsi zəmində münaqişənin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

*   *   *

Şəmkir rayonunda 24 yaşlı qız bıçaqlanıb.

"Report"un məlumatına görə, Şəmkir şəhəri ərazisində yerləşən marketlərin birinin önündə yerli sakin, 24 yaşlı qız döş qəfəsindən bıçaq yarası alıb. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, hadisəni qızın tanışı, hələlik adı məlum omlayan oğlan törədib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 7524

Oxşar yazılar