Əsəd ordusu və İran dəstəkli muzdlular Suriyada atəşkəsi pozdular

  • 13 May - 2019

Bəşər Əsəd rejimi və İran meylli qüvvələr İdlibdəki atəşkəs zonasına qarşı irimiqyaslı hücuma hazırlaşır.

Avropa.info xəbər verir ki, Əsəd ordusu Soçi danışıqlarının şərtlərini kobud şəkildə pozaraq İdlibin sərhədlərinə doğru yaxınlaşıb.

Suriya ordusu və müttəfiqləri həftə boyu atəşkəs zonasının cənub istiqamətində hücum əməliyyatı aparıblar. Hücum keçən qoşunları fəal formada Rusiya aviasiyası dəstəkləyir.

Əsəd qüvvələri Osman yüksəkliyini 7 kənd və qəsəbəni ələ keçirib, silahsızlaşdırılmış zonanın 15-20 km cənubuna irəliləyiblər. Hökumət qoşunları ilə İdlib sərhədərini 1 km ayırır. Yeni məntəqələrin ələ keçirilməsi istisna olunmur.

Hazırda İdlib şəhərində 4 milyon nəfər adam yaşayır. 


Oxunma sayı: 44

Oxşar yazılar