“PKK artıq Öcalanın sözünü dinləmir, ABŞ-dan tam asılıdır” – Türk siyasətçidən Öcalanın 8 il sonra vəkillərlə görüşünə şərh

  • 13 May - 2019

Ağrı vilayətindən bələdiyyə sədri seçilən türkiyəli siyasətçi Savcı Sayan “Habertürk”ə verdiyi müsahibədə 8 il sonra Öcalanın ilk dəfə vəkilləri ilə görüşməsi ilə bağlı verilən şərhləri təhlil edib.

Avropa.info xəbər verir ki, Sayan PKK-nın həbsdə olan lideri Abdulla Öcalanın sözünə qulaq asmadığını, terror təşkilatının tamamilə ABŞ-a bağlı olduğunu açıqlayıb.

“Abdulla Öcalan həbsxanada bəlkə də Türkiyəyə fayda verəcək açıqlamalar verdi, bu da ABŞ-ın işinə yaramadı və ABŞ PKK-dan birbaşa istifadə etməyə başladı. İndi proses bu şəkildə davam edir. Bundan əlavə PKK Öcalana qulaq asmamağa başlayıb. Abdulla Öcalana çox bağlı millət vəkilləri onun dediyini düşünə bilər, amma PKK-nın həll prosesini pozan əsas komandaya baxdıqda tamamilə ABŞ-dan asılı olduğunu görürük. Abdulla Öcalanın mesajlarına artıq PKK cinahında fikir vermirlər. Bu da gələcəkdə PKK daxilində bəlkə də parçalanmağa yol açacaq. Dolayısı ilə Abdulla Öcalan ABŞ-ın artıq kürdlərlə oynadığını, kürdləri qonşusu olduqları ölkə ilə müharibəyə apardığını başa düşüb. Bunu başa düşdüyü üçün də belə açıqlamalar verir. Əslində öz təşkilatına “ABŞ-ın oyununa getməyin. Suriyanın ərazi bütövlüyünə qarşı çıxmayın. Türkiyənin həssaslığına dəyər verin” mesajları verərək, yardım edir. Amma Amerikanın başqa məqsədləri olduğu üçün PKK-dan sürətli formada istifadə etmək istəyir. PKK da artıq iqtisadi mənada Amerikaya möhtacdır və tam bağlıdır. Belə bir qarşıdurma var və qarşıdurmanın daxilində Abdulla Öcalanın dediklərinin PKK-nı nə qədər nəzarətə götürə biləcəyini təxmin etmək çətindir.

Öcalan öz terror təşkilatının Amerikanın nəzarətinə keçdiyini, Yaxın Şərqdə böyük fəlakətə səbəb olacağını və kürdlərin də, türklərin də, ərəblərin də bu fəlakətin altında əziləcəyini gördü. Öz təşkilatına yön verməyə çalışır, lakin təşkilat onun nəzarətindən çıxıb. PKK artıq iqtisadi, strateji, loqistika sarıdan böyük qüvvələrin nəzarətindədir”.

“Öcalan bu vəziyyətdən narahatdırmı?” sualına belə cavab verib.

“Təşkilatı baxımından əlbəttə ki, narahatdır. Çünki Öcalan PKK-nın artıq ABŞ-a dəstək verəcək bir şey edə bilməyəcəyini, sadəcə regionu oda verəcəyini başa düşüb. Bunu hesablayır və bundan narahat olur. PKK da artıq Öcalanı dinləmir”. 

Adına “həll prosesi” deyilməsə də, Öcalanın bu mesajı qarşıdakı müddətdə yeni prosesə, yeni açılıma işarədirmi?” sualına Sayanın cavabı belə olub:

“Türkiyədə proseslər Abdulla Öcalanın sözü ilə başlamaz. Türkiyədə bir dövlət var, bir hökumət var, içimizdə bir problem varsa, bu problemi həll etmə iradəsinə sahib millət vardır. Türkiyə zəif ölkə deyil”.


Oxunma sayı: 55

Oxşar yazılar