Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu aldı

  • 13 May - 2019

Azərbaycan 2019-cu ilin 10 may tarixində Sakit okean Alyansının (Pacific Alliance) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.

Bu barədə Avropa.info-ya XİN mətbuat xidmətindən məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.

Qeyd etmək istərdik ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilmişdir. Ölkəmiz də daxil olmaqla hal-hazırda alyansın 57 müşahidəçi üzvü vardır.


Oxunma sayı: 286

Oxşar yazılar