Əsədin hakimiyyətdən getməməsi üçün Obama Putinlə əməkdaşlığa getdi– Sabiq Pentaqon rəsmisindən sensasiyalı açıqlama

  • 13 May - 2019

“Rusiya ilə Suriya məsələsini müzakirə etmək məsələsində şübhələr vardı, Obama təlimat verdi və Putin ilə əməkdaşlıq edildi”.

Avropa.info xəbər verir ki, bu sensasiyalı açıqlama ilə sabiq ABŞ prezidenti Barak Obama dövründə müdafiə naziri müavininin müavini işləmiş Endrü Eksum deyib. Eksumun iddiasına görə, Obama 2015-ci ildə Bəşər Əsəd rejiminin hakimiyyətdən getməməsi üçün Rusiya ilə əməkdaşlığa gedib. Onun sözlərinə görə, 2015-ci ildə ABŞ-ın prioriteti Əsədi devirmək yox, İsrailin təhlükəsizliyini təmin etmək və İŞİD-ə qalib gəlmək idi.  Eksuma görə, Əsəd rejiminin hakimiyyətdən getməsi Obamanın ən böyük qorxusu idi və bu narahatlıq 2015-ci ildə ən yüksək səviyyəyə qalxdı:

“O dövrdə Suriya məsələsində Rusiya ilə əməkdaşlıq etmək fikri işlədiyim nazirlikdə elə də dəstəklənən fikir deyildi, ancaq prezidentdən birbaşa əmr gələndə əlimizdən gələni etdi. Bu proses 2015-ci ilin yayında başladı və Pentaqon Suriyada “dağıdıcı uğur” deyə qiymətləndirdiyimiz ssenari üçün təşkilatlar arası koordinasiyaya başladı”.

Endrü Eksum Əsəd rejiminin qəflətən çökməsinin Suriyada qeyri-müəyyənlik yaradacağını və bundan narahat olduqlarını, Rusiya ilə əlaqə yaradıldıqdan sonra Əsədin devrilmədiyini qeyd edib.


Oxunma sayı: 33

Oxşar yazılar