Pompeo İrana görə Moskvaya səfərini ləğv etdi – Təcili Brüsselə uçdu

  • 13 May - 2019

ABŞ dövlət katibi Mayk Pomepo İranla bağlı Avropa İttifaqı ilə danışıqlar aparmaq üçün növbədənkənar qısa səfərlə Brüsselə gələcək. Onun bu gün Moskvaya gəlməsi gözlənilirdi. 

Avropa.info xəbər verir ki, məlumatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini təsdiqləyib.

“Dövlət katibi Pompeonun səfər planının dəyişməsi haqda məlumatı gecə aldıq. O, günün birinci yarısında Brüsselə gələcək. Biz bütün günü burada olacağıq və onunla görüşməyə vaxt taparıq. Bütün müzakirələr alqışlanır. İranla bağlı mövqeyimiz dəyişməz olaraq qalı. Nüvə müqaviləsinin saxlanılması və bütün tərəflər tərəfindən əməl olunması yönündən çıxış edirik”.

Qeyd edək ki, Tehranın ultimatumundan sonra İranla bağlı məsələ Aİ Şurasının XİN başçıları səviyyəsində keçirilən görüşündə əsas müzakirə mövzusu olub. İran nüvə proqramından qismən çıxdığını bəyan etmiş, müqavilə tərəflərinə öhdəliklərini yerinə yetirməsi üçün 60 gün vaxt vermişdi. 


Oxşar yazılar