“Ya Türkiyəni, ya da terror təşkilatını seçərsiniz” – Türk səfir FETÖ-çu ilə eyni stolda oturmaqdan imtina edərək iftar süfrəsini tərk etdi (Video)

  • 13 May - 2019

Türkiyənin Qırğızıstandakı səfiri Çingiz Kamil Fırat iştirak etdiyi iftar süfrəsini etiraz edərək tərk edib.

Avropa.info xəbər verir ki, Bişkek Müftiliyi tərəfindən təşkil olunan iftar proqramında iştirak edən Çingiz Kamil Fırat FETÖ üzvü Orhan İnanın da yeməkdə iştirak etdiyini görüb. Fırat bu vəziyyətə “Terrorçularla eyni stolda oturmaram” deyərək iftar süfrəsini tərk edib.

“Biz burada 35 milyon dollara məscid tikdirək, siz isə bizi terrorçularla eyni stol başında oturdacaqsınız. Sizə bura FETÖ terror təşkilatının başında duran şəxsi necə çağırarsınız? Bu Ramazan ayıdır, Ramazanda bu edilərmi? Ya Türkiyəni, ya da terror təşkilatını seçərsiniz. Müftilik mənim üçün daha yoxdur. Türkiyə Cümhuriyyəti ilə terrorçunu eyni yerə qoyursunuz. Bu insan müsəlman deyil. Mən indi prezidentə deyəcəm”.


Oxunma sayı: 55

Oxşar yazılar