Aİ və "Şərq tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin görüşü keçiriləcək

  • 13 May - 2019

Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) və "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələri xarici işlər nazirlərinin proqramın 10 illiyinə həsr olunmuş tədbiri start götürəcək.

İclasa Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Moqerini sədrlik edəcək. Tədbir zamanı iştirakçılar "Şərq tərəfdaşlığı" proqramının reallaşdırılmasını müzakirə edəcəklər.

Mayın 13-ü axşam Avropa Şurasının sədri Donald Tusk "Şərq tərəfdaşlığı" ölkələrinin hökumət və dövlət başçılarının şərəfinə qəbul təşkil edəcək. Qəbulda həmçinin proqramın təşəbbüskarı olan Polşa və İsveçin keçmiş xarici işlər nazirləri Radoslav Sikorski və Karl Bildt də iştirak edəcəklər.

Bundan əlavə Brüsselin "Bozar" incəsənət mərkəzində konsert proqramı olacaq. Burada Brüsselin caz orkestri və "Şərq tərəfdaşlığı" ölkələrindən musiqiçilər çıxış edəcəklər.

Mayın 14-də Avropa Komissiyasının (AK) binasında AK rəhbəri Jan-Klod Yunkerin sədrliyi ilə yüksək səviyyədə konfrans keçiriləcək. Konfransda "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.(“Report”)


Oxunma sayı: 704

Oxşar yazılar