"Arsenal"ın baş məşqçisi: "Mxitaryanın Bakıda olması üçün çalışırıq"

  • 10:06 - 13 May

"Bu, siyasi məsələdi və mən, həqiqətən də, həllini bilmirəm. Biz onunla oynamaq istəyirik. Henrik "Bernli” ilə qarşılaşmada yaxşı çıxış etdi”.

Avropa.info xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

İspaniyalı mütəxəssis ermənistanlı futbolçusu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda "Çelsi" ilə keçiriləcək final qarşılaşmasında iştirak etməsini istəyir: "Bütün futbolçularımızın Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Ancaq siyasi məsələ olduğundan, bunun necə mümkün olacağını deyə bilmərəm. Bu mənim əlimdə deyil və vəziyyəti tam başa düşmürəm. Sadəcə, tək problem bu deyil. Əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, Henrix finalda oynasın. Amma mən bunun siyasi problemlə əlaqədar nə dərəcədə mümkünlüyündən və iki ölkə arasındakı problemin nə olduğundan həqiqətən də xəbərsizəm. Bu, məndən asılı məsələ deyil və həlli yolunu çox da yaxşı bilmirəm. Amma biz finalda Mxitaryanın olmasını istəyirik və mümkün olan hər şeyi edəcəyik ki, o, Bakıda olsun"".

48 yaşlı çalışdırıcı final görüşünün ölkəmizdə təşkilini müsbət qarşılamadığını da əlavə edib: "İngiltərəyə yaxın ölkələrdən birində oynamağa üstünlük verərdim. Belədə iki ingilis klubunun daha çox azarkeşi olardı".

Qeyd edək ki, Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "Çelsi" arasında keçiriləcək. (Matc.az)


Oxunma sayı: 5555

Oxşar yazılar