Bakıda portuqaliyalı cüdoçunun kimonosundan telefon düşdü - Video

  • 12 May - 2019

Bakıda bu gün başa çatacaq cüdo üzrə “Böyük dəbilqə” turnirində maraqlı hadisə baş verib.

Portuqaliyalı idmançı Anri Equtidze qarşıdurma vaxtı kimonosundan düşmüş mobil telefona görə yarışlardan uzaqlaşdırılıb.

Gürcü mənşəli portuqaliyalı, çox güman ki, telefonunu soyunub-geyinmə otağında gizlətməyi unudub və beləcə tatami üzərinə çıxıb. Onun isveçli rəqibi hakimə müraciət edərək, yerə düşmüş telefonu göstərib. Bundan sonra Equtidze yarışlardan kənarlaşdırılıb.


Oxunma sayı: 704

Oxşar yazılar