Şri-Lankada terrorçularla əlaqəli müsəlman din xadimi həbs edilib

  • 16:40 - 12 May

Şri-Lankda ötən ay yüzlərlə insanın ölümünə səbəb olan partlayışların təşkilatçısı olan terrorçularla əlaqədə şübhəli bilinən 60 yaşlı İslam ilahiyyatçısı Məhəmməd Əliyar həbs edilib.

Bu barədə ölkənin polis idarəsinə istinadən "Reuters" məlumat yayıb.

Əliyar ixtisasca ilahiyyatçıdır. O, Kattankudu şəhərində İslam Dini Mərkəzini təsis edib.

Qanun keşikçiləri hesab edirlər ki, Əliyar "Haşim" qruplaşmasının fəaliyyəti üçün maliyyə vəsaitlərinin köçürülməsində iştirak edib.

Şri-Lankada ölkə tarixinin ən iri silsilə terror aktları aprelin 21-də baş verib.

 

 

report


Oxunma sayı: 14498

Oxşar yazılar