Ağdamın icra başçısı: "Qarabağ"ı Ağdamın girişində qarşılayacağıq"

  • 11:39 - 12 May

"Çox sevindirici haldır ki, "Qarabağ" ölkə çempionu oldu. Bu həm də qanunauyğun çempionluqdur".

Bunu "Report"a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyib.

V.Həsənov "Qarabağ"ı Ağdamda çempionluq kuboku ilə qarşılamağa hazır olduqlarını bildirib:

"Onları Ağdamın girişindəki Sultanbud təpəsində qarşılayacağıq. Oradan isə Quzanlı Olimpiya Kompleksinin stadionuna gedəcəyik. İnanıram ki, çox yaxın vaxtlarda Ağdamın mərkəzindəki "imarət" stadionunda oynayacağıq. O gün olsun, "Qarabağ" doğma rayonundakı stadionunda çıxış edəndə çempionluq yaşasın".

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Vaqif Həsənova çempionluq kubokunu Ağdama aparacaqlarına söz verib.


Oxunma sayı: 8118

Oxşar yazılar