Azərbaycan İstanbulun yeni hava limanına aviayanacaq tədarükünə başlayıb

  • 22:20 - 11 May

SOCAR İstanbulun yeni hava limanına aviasiya yanacağının tədarük olunmasına başlayıb.

Bunu  “SOCAR Turkey” şirkətindən bildiriblər.

Şirkətdən deyiblər ki, yanvar ayından, həmçinin STAR neft emalı zavodu “Petkim” neft-kimya kompleksinə nafta tədarükünə başlayıb.

Qeyd olunub ki, STAR zavodunda sınaq prosesləri başa çatıb və bütün qurğular istifadəyə verilib:

“Bu il STAR neft emalı zavodu 8 milyon ton xam neft emal edəcək. Zavod xam neftin müxtəlif növlərini emal edə bilər. Hazırda emal olunan xammalın böyük hissəsi Rusiyadan olan “Urals” növüdür”.

  •  

Xatırladaq ki, SOCAR İstanbulda yeni hava limanının aviasiya yanacağı ilə təmin olunması bağlı tenderin qalibi olub.

Şirkət tenderdə “SOCAR Aviation” markası ilə iştirak edib.


Oxunma sayı: 5665

Oxşar yazılar