Gürcüstanda təbii fəlakətlə bağlı xüsusi qərargah yaradılıb

  • 11 May - 2019

Gürcüstanın Kaxeti bölgəsində güclü yağış və çay daşqınlarının yaratdığı fəsadların aradan qaldırılması məqsədilə xüsusi qərargah yaradılıb.

Bunu ölkənin baş naziri Mamuka Baxtadze bildirib.

O deyib ki, yaz mövsümü təbii fəlakətlərlə xarakterizə olunur: “Fəsadların aradan qaldırılması üçün bütün aidiyyatı qurumlar səfərbər olunub. Bununla bağlı xüsusi işçi qrup və qərargah yaradılıb və müvafiq texnikalar da cəlb olunub. Təbii fəlakətn nəticələrinin aradan qaldırılmasına nail olacağıq”.

Qeyd edək ki, son günlər Kaxeti bölgəsində davam edən aramsız yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Nəticədə bir neçə kəndi, kəndlərarası və magistral yolları su basıb, üzüm sahələrinə ciddi ziyan dəyib. 

 

 

report


Oxunma sayı: 154

Oxşar yazılar