UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı Lukas Maura seçilib
- 19:45 - 10 May
Mayın 10-da UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Bu, İngiltərənin “Tottenhem” klubunun hücumçusu Lukas Mauradır.
Braziliyalı Hollandiyadanın “Ayaks” klubunu 3:2 (ilk oyun - 0:1 ) hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündə het-trik edib və komandasının finala çıxmasında böyük payı olub.
Qeyd edək ki, “Tottenhem” Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi “Liverpul”la üz-üzə gələcək.