Azərbaycan və Ukraynanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub
- 19:10 - 10 May
Azərbaycan və Ukraynanın beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
Avropa.info report-a istinadən xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və Ukrayna Cinayət Məcəlləsinin 121-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri üzrə "İnterpol" xətti ilə axtarışda olan Səfər Cavadov Ukraynada saxlanılıb.
Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
Qeyd edək ki, 33 yaşlı S.Cavadov Azərbaycan vətəndaşıdır.