"31 martda sizin səslərinizi qəsb edənlərədən 23 iyunda hesab soruşacayıq" - Binəli Yıldırım seçicilərlə görüşlərə start verdi

  • 15:44 - 10 May

 İstanbul bələdiyyəsi sədrliyinə AK Partiadan namizəd Binəli Yıldırım seçkinin ləğv edilməsi ilə bağlı danışıb.

Avropa.info xəbər verir ki, Binəli Yıldırım “Əgər səslərin hamısı sayılsaydı, ən az 60 min səs fərqi ilə qutudan birinci çıxacaqdıq. 31 martda sizin səslərinizi qəsb edənlərdən 23 iyunda hesab soruşacağıq”, deyib.

“Bir seçkini arxada qoyduq. 31 martda seçki oldu, Türkiyənin hər yerində bələdiyyə sədrləri, məclis üzvləri, vilayət məclis üzvləri, muxtarlar seçildi. Seçkilər bitdi, amma İstanbul seçkisi uzun müddət gündəmdə qalmağa davam edir. Bildiyiniz kimi İstanbul seçkisində təəssüf ki, qutuda və bundan sonra baş verən pozuntular, qayda-qanunsuzluqlar, səhvlər oldu. Bununla bağlı partiyamız  etiraz prosesini başlatdıq. Rayon, vilayət seçki dairələrində hüquqi mübarizəmizi apardıq. Məsələ ilə bağlı bir neçə cümlə deməyimiz lazımdır. Bu gün “Biz zərərçəkmiş olduq” deyənlər əslində həqiqəti demir. Həqiqətən zərərçəkmiş mənəm. Çox açıq deyirəm. Biz gurultu çıxarmadıq.  Biz dövlət ədəbi görmüş insanıq. Bu məsələ hüququ çərçivəyə gəldisə, nəticəni səssiz şəkildə gözləmək lazımdır. Susqunluğumuzu təəssüf ki, fərqli formada şərh edənlər oldu. Niyə zərərçəkmiş olduq, sizə deyim. Əgər zərər çəkməsəydik, ləğv olunmuş səslərin sayılması, bir namizədin səslərinin başqa namizədə yazılması və bu kimi məsələlərlə bağlı səslərin sadəcə 10%-i sayıldı, aradakı fərq yarıdan aşağı endi. Sizdən soruşuram, bir-birinə yaxın səs almış iki nəfər adam var. Əgər ləğv edildisə, əgər səhvən edildisə, ikisinin də eyni olması lazım, deyilmi? Aradakı fərq mində bir faiz. 850 min səs sayıldı, mənim səslərimdə artım var, onun səslərində azalma var. Kimdir zərərçəkən? 29 min səsdən 13 min 729 səsə düşdük. Nə qədəri sayıldı 850 mini. Bu da ümumi səslərin 10%-i deməkdir”.

AK Partiyanın namizədi bütün səslərin yenidən sayılmasını tələb etdiklərini, lakin tələblərinin rədd edildiyini bildirib:

“Biz israrla dedik ki, bu səslər yenidən sayılsın. Burada çox böyük səhvlər var, pozuntular, saxtakarlıq və səs oğurluğu var. Təəssüf ki, bu tələbimiz qəbul edilmədi. CHP buna etiraz etdi və YSK rədd etdi. 

Bunu adım kimi bilirəm. Əgər səslərin hamısı sayılsaydı, ən azı 60 min səslə qutudan birinci çıxacaqdıq. Bunun hesabı məlumdur. 10%-də 16 min səs azaldısa, 90%-də nə qədər səs azalacaq onun hesabını rahat şəkildə apara bilərik. Bütün bunlar seçki məntəqələrinin, sədrlərin seçkini səhv qanunlara uyğun gəlməyən şəkildə təşkilidir. Sadəcə 123 ədəd imzasız, boş seçki protokolu var. İmzalanmamış və ya bomboş. Ancaq səslər daxil edilib. Nəyə görə daxil edilib? Bunları da toplayanda 42 min səs edir. Hansı tərəfdən baxsan, səs oğurluğu açıq şəkildə edilib. Bu oğurluğa YSK-da baxıldı və ləğv olundu. YSK-nın üzərinə gedirlər. “Hüquq yoxdur. YSK qəsb etdi, seçkini əlimizdən aldı” deyə. “Ankarada da uddunuz, hüquq var. Antalyada da uddunuz, hüquq var. İstanbulda saxtakarlığınız, səs oğurluğu ortaya çıxdı, hüquq yoxdur deyə, bar-bar bağırırsınız. Rəvadırmı? Seçki qurumunun gördüyü işlərdən biz də zərər çəkmişik. Bizə zərər verən də seçki qurumudur. Şərtləri uyğun gəlməyən və vəzifə daşıyan şəxslərin gördüyü iş və əməllər üzündən zərər çəkdik, amma biz seçki qurumu üzvlərinə "çete” demədik, ağzımıza gələn təhqiri etmədik. Seçki qurumu da səhvini qəbul etdi və bütün fəaliyyəti, qanunsuz işləri edənlər haqda istintaqa başladı.  Dolayısı ilə həm güclü, həm günahkar kimi hərəkət edirlər. Məsəl var, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Bunların da hesabı budur.Danışmadıq, danışmadıq ağırbaşlı olduğumuz üçün. Nəticəni gözlədik deyə, meydanı boş gördülər. İnciməsinlər, 31 martda sizin səslərinizi qəsb edənlərdən 23 iyunda hesab soruşacağıq və bunun arxasında dayanacağıq. Həyatım boyu heç bir zaman layiq olmadığım işin dalınca düşmədim. Siz dəstək oldunuz, millətim dəstək oldu. Mənə çox böyük səlahiyyətlər verdiniz. Deputat, nazir, baş nazir, parlament sədri etdiniz. İstanbul bələdiyyə sədrliyindən daha ağır məsuliyyətlər verdiniz. Burada da mən həmişə millətimizin arzu etdiyi, onların gözlədiyi işləri gördüm. Vəzifə dəlisi insan olmadım. Ən böyük məqamın insanların qəlbində olduğuna inandım. Bu gün də hələ buna inanıram”.


Oxunma sayı: 13783

Oxşar yazılar