YSQ İstanbulda niyə təkrar seçki qərarı verdi ? - Bütün detalları ilə (Video)

  • 14:54 - 10 May

Bildiyiniz kimi Türkiyə Ali Seçki Qurumu (ASQ) İstanbul Böyükşəhər Bələdiyyəsi başqanlığına 31 martda keçirilən seçkinin nəticəsinin ləğvi barədə qərar qəbul edib. ASQ ləğv edilmə səbəbləri barədə əsaslı qərarını video izahla ictimaiyyətə təqdim edib.  

Agxeber.com Türkiyə Ali Seçki Qurumuna istinadən xəbər verir ki, Ali Seçki Qurumu Ədalət və İnkişaf Partiyasının (AKP) şikayətini qəbul edib. ASQ üzvlərinin beş saat davam edən müzakirələri nəticəsində səsvermə keçirilib və 4 əlehinə, 7 lehinə olmaqla seçkilərin təkrar keçrilməsi haqqında qərar verilib. 
Bununla da 23 iyun 2019-cu ildə, İstanbulda Böyükşəhər bələdiyyəsi başqanlığı seçkisi təkrar keçiriləcək. 

Əvvəllər də Türkiyənin şəhərlərində bələdiyyə seçkilərinin nəticəsinin ləğv edilib təkrar seçkilərin keçrilməsinə rast gəlinib.  

İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilmiş seçkilərin nəticəsinin ləğv olunmasının səbəbləri barədə Ali Seçki Qurumu qanuna istinadən qəbul etdiyi qərarın bütün detallarıyla açıqlamasını, izahını verib. 

Ali Seçki Qurumunun qərarına görə aşağıdakı hallara əsasən seçkilər təkrarlanacaq:  

1. İstanbul seçkilərində nələr baş verib? 

A) Komissiya sədrliyi seçkisində edilən qanunsuzluqlar: 
Seçki qanununa görə Seçki komissiyası sədrləri (sandık başkanları) və seçki komissiyasının ən azı bir üzvünün dövlət məmuru (kamu görevlisi) olması şərtdir. İstanbulda 31 min 280 seçki qutusu var, deməli 31 min 280 nəfər seçki komissiyasının sədri dövlət məmuru olmalı idi. Amma Ali Seçki Qurumunun araşdırmaları nəticəsində ortaya çıxıb ki, 6664 nəfərin komissiya sədri və 13098 nəfərin də komissiya üzvü olması (cəmi 19742 nəfər) qanunla qadağandır, çünki həmin şəxslərin dövlət məmuru olmadığı məlum olub. Həmin şəxslər müxtəlif işlərdə-hərbi vəzifələrdə, bələdiyyələrin şirkətlərində, CHP-yə aid İş Bankında və digər yerlərdə çalışanlar və işsizlər olub.  

B) Bülleten siyahıya alma cədvəllərində baş verən qanunsuzluqlar; 
Ali Seçki Qurumu ortaya çıxarıb ki, Siyahıya alma cədvəllərininin 5388 ədədi möhürsüz, 694 ədədi imzasız, 214 ədədi boş, 498 ədədi əskik, 919 ədədində rəqəm göstərilməmişdir, 1135 ədədində say əskikliyi ortaya çıxarılmışdır.  

2. Ali Seçki Qurumunun (YSK) İstanbul seçkisinin təkrarlanması qərarının səbəbləri 

Qanuna zidd olaraq komissiya sədri və komissiyanın "məmur" üzvü təyin edilən həmin şəxslərin olduğu seçki məntəqələrindəki 22 seçki qutusunda, Bülletenləri Siyahıya alma Cədvəlinin olmadığı məlum olub və bu 22 qutunun seçki nəticlərinin ASQ (YSK) sisteminə boş olaraq qeyd edildiyi üzə çıxarmışdır.  
Yenə qanuna zidd olaraq komissiya sədri və komissiyanın məmur üzvü təyin edilən şəxslərin olduğu seçki məntəqlərindəki 101 seçki qutusundakı Bülletenləri Siyahıya alma Cədvəlinin imzasız, möhürsüz və yazıları əskik olaraq ASQ sisteminə (qanunla olmaz) qeyd edildiyi üzə çıxmışdır.   


ITixuoPPa_s

Oxunma sayı: 17182

Oxşar yazılar