90 dəqiqəlik oyun üçün 8 günlük səfər – BBC Bakı finalından yazdı

  • 14:42 - 10 May

İngiltərə mətbuatında Avroliqanın finalına yüksələn "Arsenal" və "Çelsi"nin Bakı finalı haqda yazı dərc olunub.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, "BBC" London klublarının paytaxtımıza səfərindən bəhs edib. "Arsenal" və "Çelsi" azarkşelərini Bakıya asan səfər gözləmir" başlıqlı məqalədə qeyd olunub:

"Çelsi" və "Arsenal"ın stadionları arasında məsafə 8 mildir (12.8 km). Lakin bu dəfə komandanına azarkeşləri final oyununu izləmək üçün Avropanın şərqinə uzun bir səfər edəcək. Düşünə bilərsiniz ki, müasir dövrdə nəqliyyat, uzun səfər problem olmaz, ancaq yanılırsınız. 

Hazırda Londondan Bakıya birbaşa reys yoxdur. Əgər Bakıya oyun günü getmək istəyirsinizsə, uzun müddət başqa şəhərlərdə gözləməli olacaqsınız. Məsələn, İsntanbul və Kiyevdə. Uçuş 10 saatdan çox çəkir. Bakıya birbaşa reys yalnız mayın 25-də olacaq. Hansı ki, geri dönüş iyunun 1-dədir.  Yəni finaldan 3 gün sonra. Bu isə 90 dəqiqəlik oyun üçün 8 günlük səfər deməkdir!

Əgər finala qatarla getmək istəsəniz, səfər 4 gündən çox davam edəcək və 7 ölkədən keçəcəksiniz. 

Avtomobillə ən sürətli marşurut isə 58 saat davam edəcək. Əgər yolda dayanmasanız. Bu halda Fransa, Belçika, Hollandiya, Almaniya, Polşa, Ukrayna və Rusiyadan keçmək lazımdır".

Xatırladaq ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək.


Oxunma sayı: 11990

Oxşar yazılar