İraq ABŞ və Çinin neft nəhəngləri ilə 53 milyard dollarlıq müqavilə imzalayacaq

  • 22:22 - 08 May

İraq hökuməti ABŞ “ExxonMobil” və Çinin “PetroChina” şirkəti ilə 53 milyard dollarlıq müqavilə imzalamağa hazırlaşır. 

Bu barədə İraqın Baş naziri Adel Əbdül-Mehdi deyib. 

O bildirib ki, meqa layihə üzrə razılaşmanın müddəti 30 il olacaq və bu müddət ərzində 400 milyard dollardan çox qazanc əldə ediləcək. Müqavilə İraqın cənubundakı 2 neft yatağının – “Nahr Bin Umar” və “Artavi”nin işlənməsinin inkişaf etdirilməsini nəzərə tutur. Yataqlarda neft istehsalının həcminin gündəlik 125 min barreldən 500 min barrelə çatdırılması planlaşdırılır.


Oxunma sayı: 12144

Oxşar yazılar