Myanmada sərnişin təyyarəsi qəzaya uğrayıb

  • 22:40 - 08 May

Myanmanın paytaxtı Yanqon şəhərinin beynəlxalq hava limanında ”Biman Bangladesh Airlines” şirkətinə məxsus “DHC-8 Dash8” təyyarəsi uçuş zolağından kənara çıxaraq qəzaya uğrayıb.

Hadisə Dəkkədən gələn təyyarənin yerə enməsi vaxtı baş verib.

Banqladeş səfiri Məncurul Kərim Xan Çoudhurininverdiyi məlumata görə, qəzaya təyyarə enərkən fırtına və yağış səbəbindən ön təkərlərin sıradan çıxması səbəb olub.

Təyyarədə 29 sərnişin, iki pilot və iki bələdçinin olduğu bildirilib. Qəzada 17 sərnişin və iki pilotun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi, vəziyyəti yüngül olan 11 sərnişinin isə hava limanının klinikasına müraciət etdiyi deyilir.

 

 

report


Oxunma sayı: 6512

Oxşar yazılar